Belə təklif heç olmamışdı: Yatan işçi axtarılır

Sosial mediada yataq yoxlamaları aparan 'Everynight' adlı şirkətin iş elanından bəhs edilir. Şirkət verdiyi elanda bir ay yatacaq işçi axtardığını açıqlayıb.
"Sherg.az" "Sabah.com"a istinadən xəbər verir ki, 1 ay sonra bitəcək iş üçün ödəniləcək məbləğ 1500 dollardır.
Şirkət tərəfindən verilən açıqlamada bu iş üçün 5 nəfərin seçiləcəyi vurğulanıb. Ən az 18 yaşındakı şəxslərin müraciətlərinin qəbul ediləcəyi deyilir. 31 may tarixinə qədər müraciət qəbulu davam edən iş üçün ən əsas tələb ingilis dilində yaxşı danışmaqdır. Çünki seçiləcək işçilər yuxudan əvvəl və sonra video konfransda iştirak edəcək, yuxu haqqında şifahi anketə cavab verəcəklər.
Şirkət bu araşdırma zamanı ən yaxşı qısa yuxu vaxtını, yuxuların yorğunluq, yaddaş, motivasiya və məhsuldarlığa təsirlərini araşdıracaq.