38 dəqiqəlik müharibə... - "Ginnessin Rekordlar kitabı”na düşüb

1896-cı ildə Böyük Britaniya ilə Zənzibar sultanlığı arasında dünya tarixinin ən qısamüddətli savaşı baş verib.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, cəmi 38 dəqiqə davam edən müharibə müddətinə görə “Ginnessin Rekordlar kitabı”na düşüb.
Müharibənin başlanma səbəbi 5 ildən çox müddətdə Böyük Britaniyadan asılı olan sultanlığın ingilis heyranı hökmdarı Hamad bin Tuvainin öldürülməsi olub. Öldürülmüş sultanın qohumu Xalid bin Barqaş hakimiyyəti ələ keçirərək, Böyük Britaniyadan asılılığa son qoymaq istəyib. İngilislər Xalid bin Barqaşın hakimiyyətdən getməsi üçün ona ultimatum verib. Lakin Sultan Xalid ultimatumu rədd edərək, 2800 nəfərlik ordu toplayıb. 
Səhər saatlarında sahilə yaxınlaşan 5 ingiliz savaş gəmisi atəş açaraq Zənzəbur limanındakı yeganə döyüş gəmisi Qlazqonu batırır. Son nəticəni əvvəlcədən görən Zənzibar döyüşçüləri ağ bayraq qaldıraraq təslim olurlar. Gəmi savaşı isə sadəcə 38 dəqiqə sürür. Bu müharibədə Zənzibar ordusundan 500-ə yaxın əsgər öldü, Böyük Britaniya ordusundan isə cəmi 1 nəfər yaralandı.