"Erməni diasporu  “soyqırımı qələbəsinə” sevinə bilmədi, çünki..."

“İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə ABŞ-Azərbaycan münasibətlərində əsas məsələ “soyqırım” deyil, 907-ci düzəlişlə bağlı olan məqam idi”. Bu sözləri politoloq Əhməd Əlili deyib. 
O, “Sherg.az”a açıqlamasında fikirlərini belə izah etdi:

“Əvvəlki ABŞ Prezidenti administrasiyaları da hər il 907-ci düzəlişi “müvəqqəti dayandırardılar”. Hər il belə alınardı. Bu il xüsusi il idi: İkinci Qarabağ müharibəsi baş verdi, Azərbaycan hərbi güc tətbiq etdi.   “Soyqırım” ifadəsi işləndikdən sonra bəzi maraq dairələri "907-ci düzəliş"in işə düşməsini, ABŞ və Azərbaycan arasında hərbi əməkdaşlığın dondurulmasını “həll edilmiş məsələ” hesab edirdilər. Son proseslər isə tamam ayrı mənzərə ortaya qoydu. ABŞ-dakı erməni diasporu artıq öz “soyqırım qələbəsinə” elə də sevinmir. Baş verənlər çox maraqlı proseslərə işıq saçır…”.