Sarkisyan küncə sıxışdırılıb:"Barəsində cinayət işi başlanıb" 

“Ermənistanda siyasi çatlar hər keçən gün daha da dərinləşir. Aylardır Ermənistandakı müstəqil vəkillər ölkə prezidenti Armen Sarkisyanın postunun saxta olduğunu bildirib etiraz edirdilər. Çünki Armen Sarkisyanın ikili vətəndaşlığı olduğu halda necə prezident olmağı ciddi suallar doğururdu”.
 Bu sözləri siyasi analitik Tural İsmayılov deyib.  

 Daha ətraflı “Sherg.az”a danışan ekspertin fikrincə, prezidentin işi çətin olacaq:

“Armen Sarkisyanın ikili vətəndaşlığı haqqında artıq Ermənistan Baş Prokurorluğunda cinayət işi başlanıb. Ermənistan Cinayət Məcəlləsinin 325-ci maddəsinin 1-ci hissəsi, yəni saxtalaşdırma, satma maddəsi ilə cinayət işi başladılıb. Güman ki, bu kontekstdə Armen Sarkisyan uzun müddət sıxışdırılacaq”.