Konqoda biri qadın olmaqla, BMT-nin 6 sülhməramlısı öldürülüb


Konqo Demokratik Respublikasının şərqində “Demokratik Qüvvələr İttifaqı” qruplaşmasının silahlıları tərəfindən BMT sülhməramlı missiyasının altı üzvü öldürülüb.

APA Reuters-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Stabilləşdirmə Missiyasının Konqodakı nümayəndəsi deyib.
Öldürülən sülhməramlılardan birinin qadın olduğu bildirilib.

Hadisə Beni şəhəri yaxınlığındakı kəndə hücumu nəticəsində baş verib.

Silahlılar, həmçinin, 5 sakinin həyatına son qoyub.