Abşeronda avtomobil yanıb

Abşeron rayonunda “Renault” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yüksək temperaturdan avtomobilin salonu qismən qarsalanıb.


Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.