Mətanət İsgəndərli ölümdən döndü

Rusiyada koronaya yoluxan əməkdar artist Mətanət İsgəndərlidən xəbər var. 

"Sherg.az"ın məlumatına görə, bu haqda aktyor Sərxan Kərəmoğlu danışıb. O İnstaqramda paylaşdığı videoda bunları söyləyib:

"Hər gün Mətanət xanımla maraqlanıram. Durumu çox yaxşıdır. Müalicəsi davam edir. Qeyd edim ki, böyük çətinliyin öhdəsindən gəldi. Hətta M.İsgəndərli ölümdən döndü".