Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsi Ermənistanın yeganə xilas yoludur - Politoloq

"Ermənistan yalnız Azərbaycan və Türkiyənin həyata keçirdiyi istisadi siyasətin arxasınca sürünməklə mövcud vəziyyətdən xilas ola bilər".

"Sherg.az" xəbər verir ki, bu sözləri sosial şəbəkədə politoloq Elçin Mirzəbəyli yazıb. 

Siyasi şərhçi bildirib ki, Ermənistanın real xarici borcu ÜDM-in 102 faizini təşkil edir: 

"Azərbaycan Ordusu 30 ilə yaxın bir zaman kəsiyində davam edən işğala son qoymaqla, sadəcə öz ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını təmin etmədi. Həm də faşizmin ən amansız təzahürlərindən biri olan radikal erməni millətçiliyinin başını əzdi. Bütün region xalqlarının, hətta ermənilərin özlərinin belə bu dəhşətli bəladan xilas olmasına imkan yaratdı. Ermənistanda postmüharibə dövründə yaşananlar, xəstə neofaşist təfəkküründən qaynaqlanan revanşizm iddiaları sübuta yetirir ki, təkcə bölgə xalqlarını yox, həm də ermənilərin özünü uzun illərdən bəri düşüncələrində kök salan zəhərli ultramillətçi ideyalardan xilas etmək lazımdır. Bölgədə münaqişə katalizatoru funksiyasını yerinə yetirən erməniliyin xilası Cənubi Qafqazdakı tarixi və çağdaş reallıqları qəbul etməkdən, birgəyaşayış qaydalarını mənimsəməkdən ibarətdir. Əks təqdirdə daha acı nəticələrlə qarşılaşmalı olacaqlar. 
Ermənistan siyasətçilərinin uzun illər böyu ölkə vətəndaşlarına ölkə vətəndaşlarına danışdıqları yalanlar, beyinlərə səpilən ideoloji zəhər ermənilərin müəyyən bir hissəsinin şüurunu elə örtüb ki, hətta hər kəsin tanış ola biləcəyi rəsmi statistik məlumatları belə görmək və müqayisə etmək istəmirlər. Adətən, Ermənistanın dövlət statitika kömitəsi ölkənin xarici borcu ulə bağlı məlumatları açıqlayanda, yalnız dövlət səviyyəsindəki borclanmalarla bağlı rəqəmləri təqdim edir. Bu isə təxminən 9 milyard ABŞ dolları, yəni Ermənistanın Ümümdaxili Məhsulunun (ÜDM) 63-64 faizi deməkdir. Bu rəqəmin özü belə Ermənistandakı vəziyyətin nə qədər acınacaqlı olduğunu təsdiqləyir. Amma real vəziyyət bundan daha acınacaqlıdır".



Analitik vurğulayıb ki, Ermənistanın üzv olduğu Avrasiya İqtisadi İttifaqının (Aİİ) Avrasiya İqtisadi Komissiyasının aprelin 23-də yayımladığı hesabatda Ermənistanın xarici borcunun 2021-ci il yanvarın 1-nə 12 milyard 935,5 milyon ABŞ dolları olduğu bildirilir: 

"Bu borcun 5 milyard 722,9 milyonu dövlət idarəçilik, 580,4 milyonu maliyyə-kredit tənzimləmələri orqanlarının, 3 milyard 442,6 milyonu bankların, 1 milyard 226,3 milyonu müxtəlif sektorların, 1 milyard 963,2 milyonu isə birbaşa investisiyalar və şirkətlərarası kreditləşmənin payına düşür. Yəni reallıqda Ermənistanın xarici borcu ÜDM-in 102 faizini təşkil edir. Bu isə Ermənistan adlı dövlətin tamamilə borca yaşadığını sübuta yetirən fakt olaraq, bu ölkənin nə qədər fəlakətli bir vəziyyətdə olduğunu sübuta yetirir. Bütün bunlara Ermənistan ordusunun darmadağın edilməsini, ölkədəki acınacaqlı demoqrafik vəziyyəti, ölkəyə xaricdən, əsasən də Rusiyadan daxil olan vəsaitlərin 3 milyard dollar azaldığını və digər bu kimi amilləri nəzərə alsaq, real mənzərənin nə qədər dəhşətli olduğu ortaya çıxır. Bu baxımdan, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın bütün müddəalarının icra edilməsi, kommunikasiyaların açılması, Zəngəzur dəhlizi layihəsinin gerçəkləşməsi Ermənistanın yeganə xilas yoludur".