17 yaşlı qız həftələrlə yatır 

17 yaşlı Siti Raisa  Miranda günlərlə yatır.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, İndoneziyanın Banjarmasin şəhərində yaşayan gənc qız  milyonda bir insanda görünən xəstəliyə tutulub. Sağlamlıq durumunda heç bir problem olmadığını qeyd edən anası qızının yalnız həftələrlə yatdığını deyib. Bu səbəbdən də günlərlə xəstəxanada qalmaq məcburiyyətində olduqlarını bildirib. Anası qeyd edib ki, qızı oyandığı zaman o normal həyatına davam edir.