Körpə uşaq boyda qurbağa tapılıb: Şəkil çəkdirmək üçün növbəyə dayanıblar 

Solomon adalarında yaşayan Jimmy Hugo az qala körpə uşaq boyda olan qurbağa tapıb.

Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, Hugo bu, qurbağanın indiyədək gördüyü ən böyük qurbağa olduğunu söyləyib.

Qurbağa ada sakinlərinin marağına səbəb olub. Hətta bir çox insanlar onunla şəkil çəkdirmək üçün növbəyə dayanıblar.