"Allahın izni ilə qardaşımın bütün arzularını həyata keçirəcəm" - Xatun Əliyeva 


 Müğənni Xatun Əliyeva qardaşı Balaşın ölümünə görə dayandırdığı sənət fəaliyyətini bərpa edib. İfaçı "Acı" adlı yeni mahnısının hazırlığına başlayıb.

"Sherg.az" xəbər verir ki, sənətçi studiodan videosunu paylaşaraq bu sözləri yazıb:

"O qədər çətindir oxumaq... Hər cümlədə məni qəhər boğur, hər sətirdə gözüm dolur. Hər kəlmədə xatirələr yada düşür. Mənim səsim də, sənətim də, uğurlarım da onun arzuları idi. Balaş, mənimlə bağlı çox gözəl xəyallar qururdu. Allahın izni ilə onun bütün arzularını həyata keçirəcəm".