Ağadadaş Ağayev növbəti dəfə əməliyyat olunacaq

Xərçəng xəstəliyindən əziyyət çəkən Ağadadaş Ağayev növbəti dəfə əməliyyat olunacaq. 

"Sherg.az" xəbər verir ki, bu barədə aparıcı Hacı Nuran məlumat yayıb. Müğənni ilə fotolarını paylaşan H.Nuran bu sözləri yazıb:

"Sabah mənim üçün önəmli gündür. İndidən Allaha dua edirəm. Bütün dostlarımı, yaxınlarımı mənə qoşulmağa, öz dualarını əsirgəməməyə çağırıram. Çünki sabah əziz qardaşım, xalq artisti Ağadadaş Ağayevin növbəti əməliyyatı olacaq. Xanımı, mən, bütün həkim kollektivi, doğmaları dua edirik. Çünki olduqca ağır əməliyyatdır. Əminik ki Ağadadaş bu sınaqdan da üzü ağ çıxacaq. Zatən onun həyatı sınaq meydanı olub. O hər zaman mərdcəsinə qalib gəlib. Mən şahidəm.  Ağadadaş Ağayev bütün uğurlarını əziyyətlə ilə qazanıb. Bu gün onu səhhəti sınağa çəkir. Ağadadaş  xərçəngə qalib gələcək. Göydə Allahın, yerdə həkimlərin sayəsində sağalacaq".