"Yazırlar ki, "Bu da özünü adam hesab edir" - Afət Fərmanqızı

"Pis rəylərı qulaq ardına vura bilmirəm. Fikrimcə normal müğənni də belə olmalıdır". 

"Sherg.az" xəbər verir ki, bu sözləri "Günə bir şou" proqramında müğənni Afət Fərmanqızı deyib. O söhbətə davam edərək bunları söyləyib:

"Məsələn, xoş olmayan şərhlər yazırlar. Misal üçün deyir "Bu da özünü adam hesab edir".

Hələ  efirdə yüngülünü misal gətirdim. Həmin şəxslə yazışıram. Deyirəm, bir nömrənizi yazın. Sonra yardım etmək adı ilə çağırıram. Soruşuram ki, harada görmüsən belə olduğumu? Qayıdır ki, vallah sizin fanatınızam. Hətta telefonda mahnılarımı göstərir. Az qalıram deyim ki, bağışla sən Allah(gülür)".