“Sərhədlərin açılması böyük riskdir” - Baş epidemioloq

“Gürcüstanın quru sərhədlərinin açılması məsələsi mütəxəssislər səviyyəsində müzakirə olunur”.

Medicina.az xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri, baş epidemioloq Amiran Qamkrelidze deyib.

O, bu məsələnin Dövlət Qurumlararası Koordinasiya Şurasının iclasında nəzərdən keçiriləcəyini istisna etməyib: “Sərhədlərin açılması ölkə üçün böyük riskdir. Həmsərhəd ölkələrdən daxil olanların sayı daha çoxdur. Buna görə də biz həm Gürcüstandakı, həm də qonşu ölkələrdəki epidemioloji vəziyyəti nəzərə almalıyıq. Hər şeyi birdən açmaq olmaz”.