Abituriyent intiharı! "Ailənin basqısı olmasa..." - NONSENS!

 “XI sinif şagirdi az bal topladığına görə intihar edib. Buna səbəb bizik! İmtahan balı adamın insanlıq göstəricisi deyil, cənablar. Heç bilik göstəricisi də deyil. Ailənin basqısı olmasa, şagird-abituriyent özünə qəsd edə bilməz”.

 Bu sözləri təhsil eksperti Almaz Həsrət deyib.  O, “Sherg.az”a açıqlamasında belə hallara qarşı mənfi münasibətini bildirdi:

“Dəfələrlə demişəm və deyirəm də: bizim cəmiyyətimizə yüksək bal toplayanlar deyil, yüksək ədəb sahibi olan gənclər gərəkdir. O gənclər ki, ailənin hər üzvünə, o cümlədən valideynlərinə, baba və nənəyə, bacı-qardaşa, qonşularına, iş yoldaşlarına, ətrafında olan hər kəsə insani münasibət göstərməyi bacarsın, mədəniyyət daşıyıcısı, intellektli, ağıllı bir insan olsun. Yüksək ədəb daşıyıcılı əməl sahibli insanlar gərəkdir bizə”.