Lavrov Bakıdan əliboş döndü:“Nə Xocalı aeroportu reallaşacaq, nə KTMT, nə də...”

"Lavrovun hansı missiya ilə gələcəyi və təkliflər paketində hansı məsələlərin olduğu bəlli idi".

Bunu "Sherg.az"a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. 

Ekspert bildirib ki, Lavrovun Ermənistanla konkretleşdirildiyi planı Kremldə müzakirə etdikdən sonra Bakı səfərindən əliboş döndüyünü qeyd etmək olar: 

"Moskvanın əsas planında ermənilərin Qarabağda "statusu", Xocalı aeroportunun açılması və Azərbaycanın KTMT, Avrasiya İttifaqına qoşulması yer alır. Lavrovun Bakı danışıqlarında Azərbaycanın mövqeyi diqqətə çatdırıldı və demək olar ki, heç bir razılaşma əldə olunmadı. Azərbaycanın Türkiyə ilə siyasi koordinasiyalı fəaliyyəti nəticəsində Rusiya Azərbaycana təzyiq etmək siyasətinə getmir. Sadəcə əməkdaşlığın elə bir növünü təklif edir ki, rəsmi Bakı Moskvadan asılı olsun. Bakı üçün strateji olaraq Moskva ilə əməkdaşlıq labüddür.  Amma bu Ankara və Bakı birgə kordinasiyalı fəaliyyəti nəticəsində reallaşacaq".

Siyasi şərhçi vurğulayıb ki, bu danışıqlarda "İsgəndər-M" raketi, minalanmış ərazilərin xəritəsi, sülhməramlı qüvvələrin məsuliyyət zonasında separatçıların fəaliyyəti, qanunsuz silahlı erməni birləşmələrinin çıxarılması danışıqlar predmeti olub:

"Azərbaycan Qarabağla bağlı siyasi müstəvidə ciddi irəliləyişlər əldə edib. Qarabağda separatçıların tərksilah edilməsi reallaşacaq. Silahlı erməni terrorçu  birləşmələrinin ləğvi məsələsində Moskva maraqlı deyil. Amma, Rusiyanin əlavə variantı yoxdur".