Vəfa Şərifova kövrəldi: "Mən ev dağıdan qadın deyiləm"

Müğənni Vəfa Şərifova ilə bir müddət öncə həmkarı Şəbnəm Tovuzlu arasında qalmaqal yaşandı. Buna səbəb V.Şərifovanın hazırkı həyat yoldaşı Famil Xəlilov oldu. Keçmişdə Ş.Tovuzlu ilə də münasibətlərinin olduğu söylənilən F.Xəlilov növbəti dəfə müğənniləri qarşı qarşıya gətirdi. Hətta Ş.Tovuzlunun köməkçisi Familin başqa bir xanımla evli olduğunu iddia etdi. 
"Sherg.az"ın məlumatına görə "Xəbər-ətər" verlişində qonaq olan V.Şərifova bu ittihama cavab verib. O kövrələrək bunları söyləyib:
"Adımı çox hallanırdılar, amma yazılanlar doğru deyildi. Mən ev dağıdan qadın deyiləm. Belə bir iş görsəm, Allah canımı alsın. Heç vaxt istəməmişəm desinlər ki, başının üstə böyüyü yoxdur, istədiyini edir. İndi susuram, zaman kimin haqlı olduğunu göstərəcək".