Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 21604 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan APA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 5008, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 16596 nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1727510, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1014495, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı isə 713015 təşkil edir.