Sevgilisi bəyənmədi: 212 kilo arıqladı + Fotolar

Türkiyənin Zonquldağ vilayətində yaşayan Akın Türkoğlu 296 kiloqram olduğu üçün sevgilisi onu bəyənmirdi.
"Sherg.az" "Ntv.com"a istinadən xəbər verir ki, məhz buna görə də Akın 6 ayda 212 kilo arıqlayaraq 84 kiloya düşüb.
Akın 7 yaşından sürətlə kökəlməyə başlayıb. Kökəlməsini dayandıra bilmədiyi üçün 296 kiloya çatıb. Evlənmək istədiyi 8 illik sevgilisi və qızın ailəsi artıq çəkiyə görə görə cütlüyün evlənmələrinə qarşı çıxıb. Beləliklə, Akın sevgilisinin məzuniyyət mərasimində kostyum geyinmək üçün arıqlamağa qərar verib. Hər gün 25 kilometr piyada gəzib və sadəcə şorba içib. Lakin bir müddət sonra bədənində ət sallanması səbəbindən çətinlik çəkməyə başlayıb. Ona görə də korset taxaraq həyatda qalmağa çalışıb. Ancaq bədənindəki ət sallanmasının yaratdığı problemlər səbəbindən nizamlı bir iş tapa bilməyib.