Paşinyandan ABŞ-a zərbə: “Ermənistandakı laboratoriyaya Rusiya müdaxiləsi...”

“Aprelin 7-də Ermənistanın baş naziri Nikol Paşinyanın  Rusiyanın Prezidenti Vladimir Putinlə  Moskvada keçirdiyi görüşdən sonra iyunun 20-də keçirilməsi nəzərdə tutulan növbədənkənar parlament seçkilərində Rusiya hökuməti qarşısında bir sıra öhəliklər götürdüyünü bildirmişdim. Bu öhdəliklərin nədən ibarət olması haqqında görüşən tərəflərdən heç biri dəqiq məlumat verməmişdi. Mütəxəssislər Dağlıq Qarabağ məsələsi və Naxçıvandan açılacaq dəhliz haqqında Paşinyanın Rusiyaya vədlər verdiyini irəli sürürdülər”.

 Bu sözləri BDU-nun professoru, politoloq Əlimusa İbrahimov deyib.

 O, məsələyə dair daha ətraflı “Sherg.az”a danışdı: 

“Mülahizə irəli sürən tərəflərdən hamısı yalnız bir məsələdə razılaşırdı: bu səfər zamanı Moskvada keçirilən görüşlər Ermənistanın yaxın illər üçün siyasi kursunun müəyyənləşməsində mühüm rol oynayacaq. Putin-Paşinyan görüşündən  bir müddət keçdikdən sonra vəziyyət aydınlaşmağa başlayır. Yəni Rusiya xarici işlər naziri Sergey Lavrovun 6-7 may tarixində İrəvana etdiyi səfər zamanı aparılan danışıqlarda müzakirə edilən məsələlər və imzalanan memorandum Paşinyanın götürdüyü öhdəliklərin məzmunu haqqında ipucu verir. Qeyd edim ki, apreldə Moskvada keçirilən görüşlərdə bu məsələlərin müzakirə edildiyi və Ermənistan baş nazirinin üzərinə bu qədər böyük riskli məsuliyyət götürəcəyini heç kim proqnozlaşdıra bilməzdi. Söhbət iki ölkə hökuməti arasında bioloji təhlükəsizliyin təmin edilməsi sahəsində imzalanan qarşılıqlı anlaşma memorandumundan gedir. İndi memorandumun imzalanması haqqında çox “xəsisliklə” məlumat verən Rusiya saytları onu  səfərin ən uğurlu nəticəsi hesab edirlər. Sənəd iki ölkənin təkcə tibbi-bioloji sahədə əməkdaşlığını nəzərdə tutmur. Həm də Rusiya Səhiyyə Nazirliyi, Müdafiə Nazirliyi və Rusiya Federal Təhlükəsizlik Xidmətininin mütəxəssislərinə Ermənistanda Pentaqonun vəsaiti ilə tikilmiş bioloji laboratoriyaya daxil olmağa şərait yaradacaq. Bu laboratoriyanın təmir edilməsinə Amerika hərbçiləri 10 milyon dollar pul xərcləmişdilər. Beləliklə, Rusiya Gürcüstan, Ukrayna və Qazaxıstandakı analoji laboratoriyada hansı tədqiqatların aparılması haqqında məlumat əldə etmək imkanına malik olacaq. Moskva bu tədqiqat mərkəzləri ilə çoxdan maraqlanır və onlara giriş əldə etməyə uğursuz cəhdlər edirdi. Ona görə də memorandumun imzalanmasını Rusiya Xarici İşlər Nazirliyinin uğuru hesab etmək olar”.

 Professor, həmçinin proseslərin bundan sonrakı inkişafı barədə də proqnozlarını bölüşdü: 

“Paşinyanın ABŞ-ın Ermənistandakı bioloji laboratoriyasını Rusiya ilə  danışıqlarda alətə çevirməsi Bayden hakimiyyəti üçün arxadan zərbə kimi qiymətləndirilib. İyunda keçiriləcək növbədənkənar parlament seçkilərindən dərhal sonra Paşinyanın Rusiya ilə daha da yaxınlaşması istiqamətində yeni addımların atacağı haqqında adının çəkilməsini istəməyən məlumatlı mənbələr xəbər verirlər. Bu dəfə baş nazir ABŞ-ın İrəvandakı səfirliyində çalışan diplomat ordusunun sayının kütləvi surətdə azaldılması üçün tədbirlər görəcək.  Səfirlikdə çalışan Amerika vətəndaşlarının sayı Ermənistan kimi kiçik ölkəyə zəruri olduğundan dəfələrlə çoxdur və bu, Rusiya Xüsusi Xidmət Orqanları üçün onları nəzarətdə saxlamaqda çətinlik yaradır. 2500 nəfər əməkdaşın Ermənistanda nə işlərlə məşğul olması Moskvanı narahat etməyə bilməzdi. Müqayisə üçün qeyd edək ki, Rusiya kimi nəhəng ölkədə Amerika diplomatik korpusunun əməkdaşlarının sayı vur-tut 450 nəfərdir. Səfirlik mövzusu Ermənistan-Rusiya yüksək səviyyəli görüşlərinin hamısında müzakirə olunan əsas məsələlərdən idi və Paşinyan indiyədək bu məsələdə Rusiyanın yanaşmasını qəbul etmirdi. Amma hakimiyyəti itirmək təhlükəsi aprel görüşlərində onun bu barədə Putinə söz verdiyini ortaya çıxarır. ABŞ-da Baydenin ermənilərə tərəf xoşməramlı addım ataraq onların arzusunda olduqları kəlməni ifadə etməyin qarşılığında minnətdarlıq gözlədikləri halda Paşinyanın bu hərəkətləri, həqiqətən,  nankorluqdur. Amma erməni xislətindən xəbərdar olanlar üçün belə bir addım heç də təəccüblü deyil. Arxadan zərbə ermənilərin şəxsiyyətini formalaşdıran xüsusiyyətlərdən ən birincisidir.

Bu xisləti yaxşı başa düşən Rusiya elə ona görə də ermənilərlə siyasətində həmişə “qamçı və kökə “ siyasətindən istifadə etmişdi. Təkcə Rusiya yox erməni milləti ilə az-çox tanış olan bütün böyük dövlətlər...”.