Nazpəri Allaha əl açdı: "Oğul itirən anaları..."

Bir müddət öncə oğlu Əlini qəfil itirən xalq artisti Nazpəri Dostəliyevadan xəbər var. 
"Sherg.az"ın məlumatına görə, o İnstaqram profilində Ramazan bayramı münasibətilə paylaşım edib. Sənətkar statusda bunları yazıb:
"Ey yücə Allahım, kədərinə boyun əydim, səndən gələni qəbul etdim. Oğul itirən anaları bu dərd quyusundan çıxar, ya rəbbim. Müqəddəs Ramazan bayramınızı təbrik edirəm, əziz xalqım".