İlon Maskdan daha bir ilk: Meymunun beyin gücü ilə kompüter oyununu reallaşdırdı   

“SpaceX” və “Tesla” şirkətlərinin rəhbəri İlon Mask meymunun beyin gücü ilə kompüter oyunu oynamasına nail olub. 
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, məşhur mühəndis xüsusi beyin çipini Pager adlı meymunun beyninə yerləşdirdi. Nəticədə meymun əllərini istifadə etmədən, ağıl gücü ilə illərdir fərqli platformalarda oynanılan “Pong” adlı oyunu oynayıb. 
Süni zəka ilə mikroçiplər inkişaf etdirərək insanların beyninə yerləşdirməyi hədəfləyən Musk əvvəlki açıqlamasında bunun insult keçirən insanlara kömək edəcəyini söyləmişdi. 
Təcrübədən 6 həftə əvvəl Pagerin beyninə bir çip yerləşdirilib. Sonra meymunun beyin hərəkətləri məsafədən izlənilib və hər uğurlu hərəkətdən sonra meymuna süd mükafat olaraq verilib. 
Prosesin sonunda Pagerin hərəkətlərini araşdıran mütəxəssislər beyin gücünün sərhədlərini çəkiblər. Daha sonra pultun çıxarılmasına baxmayaraq, Pager beynindəki çip sayəsində əllərini istifadə etmədən oyunu davam etdirə bilib. 
Teorik olaraq, Musk şirkətinin inkişaf etdirdiyi texnologiya ilə insult və ya qəza keçirmiş insanların sintetik əzalarını yapışdırıb bu çiplər vasitəsilə hərəkət etdirmələri gözlənilir.