Canavara bənzəyən balıq - FOTO

ABŞ-ın Kaliforniya əyalətində çimərlikdə gəzənlər tərəfindən canavara bənzəyən bir balıq tapılıb.
"Sherg.az" xarici mətbuata istinadən xəbər verir ki, tapılan balığın erkək olduğu və uzunluğun 2,5 metr olduğu vurğulanıb. Onun təxminən 900 metr dərinlikdə yaşadığı güman edilir. Mütəxəssislər indiyədək belə bir balığa rast gəlmədiklərini bildiriblər.