Ərdoğan Qırğızıstan və Əfqanıstan prezidentləri ilə telefonla danışıb

Ərdoğan Qırğızıstan və Əfqanıstan prezidentləri ilə telefonla danışıbRəcəb Tayyib Ərdoğan
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla qırğızıstanlı həmkarı Sadır Japarov arasında telefon danışığı olub.

“Report” xəbər verir ki, iki ölkənin dövlət başçıları bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər.

İkitərəfli əlaqələri və regional inkişafı qiymətləndirən R.T.Ərdoğan Qəzza və Əl-Əqsaya hücum edən İsrailə lazımi dərs vermək üçün Qırğızıstanı beynəlxalq təşəbbüslərində yanlarında görmək istədiklərini bildirib.

Türkiyə prezidenti eyni zamanda Əfqanıstan prezidenti Əşrəf Qani ilə də telefonla danışıb. Telefon danışığı zamanı Fələstindəki durum müzakirə olunub. R.T.Ərdoğan bu məsələdə Əfqanıstanla birlikdə hərəkət etməyin vacibliyini vurğulayıb.