Bakıda gənc boğazından bıçaqlanıb

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Ələsgər Bağırov küçəsində qeydə alınıb.

Belə ki, 2005-ci il təvəllüdlü Vəliyev Valeh Habil oğlu naməlum şəxs tərəfindən boğazından bıçaqlanıb.

Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.