Ned Prays: "Bakı və İrəvanı təmkinli olmağa çağırırıq"

“ABŞ səlahiyyətliləri Bakı və İrəvanı Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi azaltmağa çağırıq".

APA TASS-a istinadən xəbər verir ki, bunu cümə axşamı ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays özünün “Twitter” səhifəsində yazıb.

"Biz Ermənistan-Azərbaycan sərhədinin təyin olunmamış hissəsində artan gərginliklə bağlı xəbərləri diqqətlə izləyirik. Tərəflər arasında ünsiyyətin davam etdiyini başa düşürük və vəziyyəti gərginləşdirməmək üçün təmkinli olmağa çağırırıq”, Prays qeyd edib.