ABŞ-da peyvənd olunanların maska taxmamasına icazə verilib

Koronavirusa qarşı tam peyvənd olunan ölkə sakinlərinə artıq qoruyucu maskalar taxmamalarına icazə verilir.

APA xəbər verir ki, bu barədə ABŞ Xəstəliklərə Nəzarət Mərkəzinin yaydığı məlumatda bildirilib.
Bununla bağlı ABŞ rəhbərliyi tərəfindən də “Twitter”də paylaşım edilib:

“Möhtəşəm xəbər: tam peyvənd olunduğunuz təqdirdə, əksər hallarda həm açıq havada, həm də qapalı yerdə maska taxmanıza ehtiyac yoxdur”.