İsrailin Qəzzaya hücumu başladı


İsrailin Quru Qoşunlarının Hərbi Hava Qüvvələrinin iştirakı ilə Qəzzaya hücumu başlayıb.

“Report” xəbət verir ki, bu barədə İsrail ordusu xəbər yayıb.

İsrailin baş naziri Binyamin Netanyahu Qəzza zolağındakı əməliyyatın lazım olduğu qədər davam edəcəyini bildirib.

“Dedim ki, HƏMAS hərəkatının və “İslam cihadı”nın tərəfdarları etdiklərinə görə cavab verəcəklər. Biz əməliyyatları intensiv şəkildə davam etdirəcəyik. Son söz deyilməyib və bu əməliyyat nə qədər istəsək, o qədər davam edəcək”.

Qeyd edək ki, HƏMAS-ın silahlı qanadı "İzzəddin al-KassaBim briqadaları" İsrailin Təl-Əviv şəhərinə və onun ətrafına tərəf 140 raket buraxdığını elan edib.