Bakıda 32 yaşlı kişi özünü binadan atdı


Bakı şəhərində intihar hadisəsi baş verib.

APA-nın xəbərinə görə, hadisə Yasamal rayonunda qeydə alınıb.

1988-ci il təvəllüdlü Əhmədov Vəfail Mirməhərrəm oğlu yaşadığı binanın 17-ci mərtəbəsindən özünü atıb. O, hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır. Hadisənin baş vermə səbəbləri araşdırılır.