Azərbaycanda 85 yaşlı kişi intihar etdi


Gəncədə intihar hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, 1936-cı il təvəllüdlü Gəncə şəhər sakini Məmmədov Ziya 12 may tarixində sirkə turşu içərək intihara cəhd edib.

O, ağır vəziyyətdə şəhər xəstəxanalarından birinə çatdırılıb. Lakin, onun həyatını xilas etmək mümkün olmayıb və bu gün xəstəxanada vəfat edib.

Faktla bağlı şəhər prokurorluğunda araşdırma aparılır.