Aktrisa Şuşada ata yurdunu ziyarət edib: Torpağı öpüb- Foto

"Xarıbülbül" festivalı üçün Şuşaya yollananlar sırasında xalq artisti, aktrisa Firəngiz Mütəllimova da var. 
Sənətkar ata yurduna çatan kimi əyilib torpağı öpüb. 
"Sherg.az" xəbər verir ki aktrisa həmin anın fotolarını İnstaqram səhifəsində paylaşıb. O "Şuşam, sənə qovuşmaq Ramazan bayramı günü mənə qismət oldu. Torpağına canım qurban" qeydini də yazıb.