Şəbnəm paylaşdı: Şirkət rəhbərinin beyninə qan sızıb öldü 

"Media show" menecerlik şirkətinin rəhbəri Ceyhun Əsədov dünyasını dəyişib. Onun bir müddət öncə beyninə qan sızdığı söylənilir. Bu ölümdən sarsılan mərhumun dostu və yaxını müğənni Şəbnəm Tovuzlu İnstaqram hesabında paylaşım edib. 
"Sherg.az" xəbər verir ki, o hələ də məlum ölüm hadisəsinə inana bilmədiyini deyib:
"Biz bir böyüdük, bir yedik-içdik. Küsdük-barışdıq yenə də bir-birimizə qarşı kin tutmadıq. Neçə-neçə uğurlara imza atdıq. Səni belə tez itirəcəyim ağlıma gəlməzdi. Sən özünə heç diqqət etmədin ki...Ruhun şad olsun, qardaşım. Hər şey halal xoşun olsun. İnsan əzizini itirəndə dözə bilmir".