İrandan Qarabağa yüklər daşınır:“Kiçik araşdırma hər şeyi ortaya qoyur"

“İranın Azərbaycandakı səfirliyi İrana məxsus yük maşınlarının Laçın dəhlizindən keçərək, Qarabağa qanunsuz yük daşıması ilə bağlı videoları təkzib edir. İddia edilir ki “İran İslam Respublikasının müvafiq qurumlarının apardığı araşdırmalara əsasən iddianı və yayımlanan videonu sübut edən heç bir dəlil əldə edilməmişdir”.
Bu sözləri siyasi analitik Asif Nərimanlı deyib.

 O, “Sherg.az”a açıqlamasında yayılan informasiyaya inanmadığını bildirdi: “Halbuki, videoda görünən TIR-ların üzərində məxsus olduğu şirkətlərin loqosu var: “Kral Sanat” və “Maral” treyler şirkəti. Kiçik araşdırma nəticəsində bu şirkətlərin İrana məxsus olduğunu aydınlaşdırmaq mümkündür”.