Türkiyəli nazir İsrailin Fələstin xalqına silahlı təcavüzünü pisləyib

Türkiyə rabitə naziri Fahrettin Altun “qardan aydınlıq” bəstəsinin ifa edildiyi videonu “Hər birimiz Ammarız”, etiketiylə twitter hesabından paylaşıb.  “Sherg.az” CNN Türk-ə istinadən bildirir ki, bununla da nazir İsrail hökumətinin  Fələstin xalqına silahlı təcavüzünü pisləyib.  Yayınladığı videoyla F.Altun Məscidi-Əqsa üçün dirəniş göstərən müsəlmanların yanında olduğu mesajını verib. “Qardan aydınlıq” bəstəsinin sədaları altında yayımlanan videoda  Məscidi-Əqsada yaralanan, qanlar içində qalan uşaqlar da görüntülənir. İsrail təcüvüzü nəticəsində ölənlər arasında 5 uşağın da olması bildirilir.  Bəstədə “bir sabah gələcək qardan aydınlıq” misrası, F.Altununsa videoya əlavə etdiyi “Siz sussanız da hər birimiz Ammarız!” sözləri diqqət çəkir. 

VİDEO