"İsrail-Fələstin məsələsində neytrallığı qorumalıyıq"    

“Bildiyimiz kimi, son vaxtlar İsrail və Azərbaycan arasındakı münasibətlər müsbət məcrada inkişaf edir”.
Bu sözləri “Sherg.az”a açıqlamasında siyasi-şərhçi Azər Həsrət deyib.  O vurğulayıb ki, İsrail dövləti xüsusən Qarabağ torpaqlarının işğaldan azad edilməsində və Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında mühüm rol oynayıb:

“Təbii ki, bu baxımından İsrail ilə Azərbaycan arasında bəlli bir rəğbət duyğusu var. Çünki Qarabağ müharibəsində o Azərbaycan həqiqətələrinin dünyaya çatdırılmasında mühüm rol oynadı və açıq-aydın şəkildə Azərbaycanın mövqeyini sərgilədi.

İsrail-Fələstin münasibətlərinə gəlincə, Azərbaycan dövləti və xalqı heç vaxt müharibənin tərəfdarı olmayıb. Hər zaman belə məsələlərdə diplomatik mövqe sərgiləyib. Buna görə də bu münaqişənin ilk növbədə dinc yolla həllinin tərəfdarıdır”.



A.Həsrət qeyd edib ki, bu, münaqişədə Azərbaycanın konkret mövqe sərgiləməsi çətindir:

“Çünki münaqişə edən tərəflərlə bağlı aktiv mövqe sərgiləyən qardaş Türkiyə dövləti də var. Sirr deyil ki, Türkiyə dövləti bu münaqişədə açıq şəkildə Fələstinin tərəfindədir.

Bu o deməkdir ki, Azərbaycan xalqı və dövləti belə məsələlərdə daha diqqətli davranmalıdır. Düzdür, fələstinlilər din qardaşlarımızdır.

Ona görə də şəxsi mövqem ondan ibarətdir ki, həm dövlətimiz, həm də xalqımız neytrallığını qorumalıdır. Bu məsələdə hansısa tərəfə rəğbət ifadə etməməliyik. Çalışmalııq ki, yalnız dinc həll çağırışları edək.

Eyni zamanda Türkiyə dövləti də Azərbaycanın bu çağırışına anlaşla yanaşmalıdır. Əlbəttə, Azərbaycan Türkiyənin tərəfindədir. Lakin bu məsələdə bu hal istisna olmalıdır.  Ümid edirəm ki, tez bir zamanda İsrail-Fələstin münaqişəsi diplomatik yolla öz müsbət həllinin tapacaq”.