Paşinyan Putindən hərbi yardım istədi

Ermənistan Baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinə məktub yazıb.

“RİA Novosti” xəbər verir ki, bu barədə Paşinyan özü məlumat verib.

O bildirib ki, məktubunda Azərbaycanla həmsərhəd olan Sünik vilayətindəki vəziyyətlə əlaqədar Rusiya dövlət başçısından hərbi yardım istəyib.