Dəhşətli qəza: Minik və yük avtomobili toqquşdu

Cəlilabad rayonunda yol qəzası baş verib.

"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Uzuntəpə kəndində qeydə alınıb.

Belə ki, "Qazel" markalı yük maşını ilə "VAZ-2106" markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.