Bolton ABŞ-ı Qafqazda Rusiyaya cavab verməyə çağırıb

"ABŞ Abxaziya və Cənubi Osetiyada Rusiyanın mövcudluğunun qarşısını almalıdır".

"Oxu.az"ın məlumatına görə, bunu ABŞ prezidentinin milli təhlükəsizlik üzrə keçmiş məsləhətçisi Con Bolton “National Review” nəşrindəki məqaləsində yazıb.

Onun sözlərinə görə, SSRİ-nin dağılmasından sonra Qərb öz məqsədinə çatmayıb. Altı postsovet ölkəsi hələ də NATO-nun tərkibinə daxil edilməyib və alyansla Rusiya arasında “boz zona” olaraq qalmaqdadır.

Bolton Ukrayna və Gürcüstanı hərbi ittifaqa daxil etməyi təklif edib. O, bunun tezliklə edilməsinin vacibliyini vurğulayıb. Boltonun fikrincə, ilk növbədə, Gürcüstana diqqət ayrılmalı, Abxaziya və Cənubi Osetiyada Rusiyaya cavab verilməlidir