Voleybolçularımız AVRO-2021-ə yüksəlmək şansını itirib

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi növbəti oyununu keçirib.

"Apasport.az"ın məlumatına görə, yığmamız Avropa çempionatının seçmə mərhələsində Monteneqro ilə qarşılaşıb.

Baş məşqçi əvəzi Pərviz Səmədovun yetirmələri II dövrəyə məğlubiyyətlə başlayıb. Dövrəyə ev sahibliyi edən balkanlılar dörd setin yekununda qələbə qazanıb.

IV turdakı bu məğlubiyyət yığmamızın AVRO-2021 xəyalının üstündən xətt çəkib. Qrupda 3-cü məğlubiyyəti alan milli ilk iki yerdən birini tutmağa nəzəri şanslarını da itirib.

Qeyd edək ki, final mərhələsinə qrup qalibləri və ən yaxşı nəticəyə malik beş 2-ci yer sahibi yüksələcək.
AVRO-2021-in seçmə mərhələsi
F qrupu, II dövrə
IV tur, 14 may
22:00. Monteneqro - Azərbaycan - 3:1 (25:16, 25:12, 20:25, 26:24)
Hakimlər: Vladimir Simonoviç (Serbiya), Boqdan Laurentiu Stoyka (Rumıniya)
Podqoritsa. “Verde” İdman Kompleksi
1 Yunanıstan 4 4 0 12-2 11
2 Monteneqro 4 3 1 11-5 10
3 Azərbaycan 4 1 3 5-9 3
4 Gürcüstan 4 0 4 0-12 0