“Neftçi” – “Qarabağ” oyununun vaxtı dəqiqləşib

Azərbaycan Premyer Liqasında XXVIII turun oyun cədvəli açıqlanıb.

Apasport.az saytının məlumatına görə, 2020/21 mövsümünün son matçlarının yeri və vaxtı dəqiqləşib.

Mayın 19-da baş tutacaq görüşlərdən üçü eyni vaxtda təşkil olunacaq. Çempionluğun taleyinin həll ediləcəyi “Neftçi” – “Qarabağ” qarşılaşması nisbətən gec, “Dalğa Arena”da keçiriləcək.

Azərbaycan Premyer Liqası
XXVIII tur

19 may (çərşənbə)
“Səbail” – “Sumqayıt”

“ASCO Arena”, 18:00 (canlı/Pfl.az)
“Sabah” – “Zirə”

“Bank Respublika Arena”, 18:00 (canlı/”CBC/Sport”)
“Keşlə” – “Qəbələ”

“ASK Arena”, 18:00 (canlı/Pfl.az)
“Neftçi” – “Qarabağ”

“Dalğa Arena”, 20:30 (canlı/”CBC/Sport”)