Ukrayna 111 əcnəbi və 557 qanuni oğruya qarşı sanksiya tətbiq edib

Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurası 111 əcnəbiyə və 557 qanuni oğruya qarşı sanksiya tətbiq edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski teleqram səhifəsində yazıb.

Prezident bildirib ki, Milli Təhlükəsizlik və Müdafiə Şurasının növbəti iclasında ölkə üçün əhəmiyyətli qərarlar qəbul edilib.

Sanksiyalara məruz qalan şəxslərin adları göstərilməsə də onlara qarşı ediləcək məhdudiyyətlər açıqlanıb. Belə ki, nəzərdə tutulan şəxslərin Ukraynaya girişi qadağan ediləcək, aktivləri bloklanacaq, vizaların verilməsində imtina ediləcək.

Bundan əlavə, sanksiya tədbirləri arasında müvəqqəti və ya daimi yaşayış, immiqrasiya icazələri, vətəndaşlıq ala bilmək və s. var.