Goranboyda yol qəzasında hər iki avtomobilin sürücüsü xəsarət alıb - FOTO

Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Dəlməmmədli şəhərindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” markalı minik maşını ilə “Hyundai” markalı minik avtomobili toqquşub.

Qəza zamanı hər iki avtomobilin sürücüsü xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, “Hyundai” markalı minik maşınının sürücüsü Goranboy rayon icra başçısının sabiq müavini Elçin Cahangirovun oğludur.