Ən uzun müddətli kovid xəstəsi tapıldı – Bir ildir xəstəxanadadır

Pandemiya tarixində ən uzunmüddətli kovid xəstəsi qeydə alınıb. O, hələ indi –indi sağalır.

Sherg.az "medicina.az"a istinadən xəbər verir ki, Britaniya sakini 49 yaşlı Ceyson Kelk 1 ildir koronavirus xəstəxanasındadır.

O, 2020-ci ilin aprelində koronavirus pnevmoniyası ilə xəstəxanaya yerləşdirilib. Onu süni tənəffüs aparatından ayırıblar, lakin o hələ də gəzə bilmir.

Pasiyentin arvadı bildirir ki, kişinin mədəsi, böyrəkləri, ağciyərləri demək olar ki, tamamilə sıradan çıxmışdı. “Biz onun ayağa qalxacağına inanmırdıq, indi isə evə qayıdacağına əminik”.