Bayden Tramp tərəfindən imzalanmış 7 fərmanını ləğv edib

ABŞ Prezidenti Co Bayden Donald Trampın təsdiq etdiyi yeddi fərmanı ləğv edib.

APA RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Ağ Evin məlumatında bildirilib.

Beləliklə, Tramp tərəfindən imzalanan tibbi sığorta, dotasiya, abidələrin, heykəllərin qorunması, habelə məmurların müxtəlif qayda pozduğuna görə mühakimə edilməkdən qorunması, onlayn senzuranın qarşısının alınması və s. fərmanlar artıq qüvvədən düşmüş hesab edilir.

Baydenin imzaladığı fərmanda qeyd edilib ki, bunlar ABŞ-ın maraqlarını cavab vermir.