Azərbaycan Ərdoğanın Şuşa səfərindən  maksimum bəhrələnməlidir - Partiya təmsilçisi

“10 noyabr tarixli üçtərəfli bəyanata əsasən, erməni silahlı qüvvələri Qarabağdan çıxarılmalıdır. Bu, razılaşmanın 4-cü bəndində göstərilib”. 

Bunu “Sherg.az”a açıqlamasında VHP-nin Mərkəzi Aparatının rəhbəri Samir Əsədli deyib. 



Partiya təmsilçisi qeyd edib ki, erməni tərəfi həmin bəndin yerinə yetirilməsini hər vəchlə yubadır: 

“Rusiya “sülhməramlı” missiyası adı altında Xankəndi və digər ərazilərdə möhkəmlənməyə çalışır. Çünki 2025-ci ilin mayında tərəflərdən birinin razılığı olmazsa, sülhməramlıların bölgədə qalması çətinləşəcək. O zaman Rusiya erməni əsilli Azərbaycan vətəndaşlarından istifadə etməyə çalışacaq. Bu məsələni diqqətdə saxlamalıyıq. Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Şuşa səfərindən Azərbaycan maksimum bəhrələnməlidir. Türkiyə kartından Rusiyaya qarşı istifadə etməliyik”.