Cavad Zərif İsraili dəstəkləyən Avstriyaya səfərini ləvğ edib

İranın xarici işlər naziri Cavad Zərif Avstriyanın İsrailə göstərdiyi dəstəyə görə Vyanaya səfərini ləvğ edib.

APA-nın Avstriya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.



Avstriya XİN bildirib ki, mayın15-də İran xarici işlər naziri Cavad Zərifin Vyanya səfəri planlaşdırılırdı, o, avstriyalı həmkarı Aleksandr Şallenberqlə görüşəcəkdi, lakin iranlı nazir səfəri ləvğ edib.

"Biz buna təssüflənirik və bunu diqqətə alırıq", Avstriya XİN bildirib.

Qeyd edək ki, Qəzza zolağında baş verənlərlə əlaqədar Təl-Əvivlə həmrəylik əlaməti olaraq Avstriya Kanslerinin Ofisi yerləşən binada və Avstriya Xarici İşlər Nazirliyinin binasında mayın 14-də İsrail bayraqları qaldırılıb.