Rusiya ABŞ və Çexiyanı "Düşmən Ölkələr" siyahısına daxil edib

Rusiya hökuməti prezident Vladimir Putinin 23 aprel tarixli fərmanı ilə "Düşmən Ölkələr" siyahısını təsdiqləyib. Sherg.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya hökumətinin saytında yayımlanan sərəncamda ABŞ və Çexiya da daxil olmaqla "Düşmən Ölkələr" siyahısının rəsmi təsdiq edildiyi bildirilib. 

Fərmanda ABŞ və Çexiya Respublikasına qarşı görülən tədbirlər çərçivəsində Rusiya vətəndaşlarının ABŞ-ın Moskvadakı səfirliyinin diplomatik nümayəndəliyində işləyə bilməyəcəyi, Çexiyanın isə yalnız 19 rusiyalı ilə əmək müqaviləsi imzalaya biləcəyi bildirilib. Digər tərəfdən, Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mövzu ilə əlaqədar əvvəlki açıqlamasında ABŞ və Çexiya da daxil olmaqla düşmən ölkələrin siyahısının hazırlandığını və bu qərarın ABŞ və Çexiyanın Rusiyaya olan münasibətləri səbəbindən irəli gəldiyi vurğulanmışdır.