10 nəfərlik ailə məhv edildi - Faciənin fotoları

İsrail ordusu cəmi 40 dəqiqə davam edən hava hücumunda 160 hərbi təyyarənin iştirak etdiyini, Qəzza zolağına 80 ton bomba atıldığını rəsmən elan edib.



Sherg.az xarici media istinadən xəbər verir ki, şənbə günü səhə saatlarında başladılan hava hücumu nəticəsində Qəzzada Şati köçkün düşərgəsində məskunlaşmış fələstinli 10 nəfərlik bir ailə yerlə-yeksan edilib, binalar dağılıb, insanların dağıntılar altından çıxarılması davam edir. İsrail əsgərlərinin atəş açaraq ölderdüyü 22 yaşlı Mələk də dəfn edilib, dəfndən acı görüntülər sosial mediada paylaşılıb. 



Eyni zamanda İsrailin paytaxtı Təl-Əvivə  də Həmas tərəfindən onlarla roket atılıb. “Reuters” agentliyi İsrailin hava hücumlarının Ağ dənizdəki İsrail dəniz qüvvələri tərəfindən gerçəkləşdiyini xəbər verir. “Şərq.az” Türkiyə mediasına istinadən bildirir ki, bölgədə silahlı münaqişənin alavlandığı gündən indiyədək ölənlərin sayı 137-yə çatıb, həlak olanların 32-si uşaqdır. Bombardman sahildəki Şati köçkün düşərgəsinində də dağıntılara səbəb olub.