Paşinyanın zəngləri nəticəsiz qaldı: Azərbaycan möhkəmləndiyi ərazilərindən çıxmayacaq

"Dövlət sərhədlərinin müəyyənləşməsi 10 noyabr birgə Bayənnaməsinə uyğun olaraq aparılır".

Bunu "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib. 




Ekspert bildirib ki, artıq Moskvadan da açıqlamalar verilir ki, sərhədlərin müəyyənləşməsi birbaşa məlum bəyannaməyə uyğun olaraq aparılmalıdır: 

"Nikol Paşinyanın V.Putinə zəngləri heç bir nəticə vermir. Hətta rəsmi kömək istəməsinə baxmayaraq, Azərbaycan tərəfi möhkəmləndiyi ərazilərdən çıxmayacaq. Bir tərəfdən bu proses Paşinyanın seçki təbliğatına mənfi təsir edir və burada da Moskva marqlı tərəfdir. Azərbaycan əlverişli situasiyadan istifadə edib, ciddi nəticələr əldə edir. Ermənistan tərəfinin ciddi şəkildə prosesə Rusiya, Fransa və ABŞ-ı cəlb etməsinə baxmayaq, rəsmi Bakı konkret olaraq öz mövqeyində qalır. Çünki geri çəkilmək Azərbaycanın Qarabağdakı proseslərdə mövqeyinə mənfi təsir etməklə yanaşı, Qazaxın yeddi kəndi və NMR Kərki kəndinin Ermənistanın nəzarətində qalması ilə nəticələnə bilər".

Siyasi şərhçi bəyan edib ki, ümumiyyətlə, fikir versək, bu gün Ermənistanın silahlı qüvvələri Azərbaycanın ərazisindədir: 

"Məhz Qarabağda silahlı erməni birləşmələri qalır, Qazaxın yeddi kəndi onların nəzarətindədir. Azərbaycan konkret olaraq Rusiya, Fransa və ABŞ məhz bu detalları xatırlamalı və geri çəkiləcək varsa, bu Ermənistan tərəfi olmalıdır deməlidir. Nə qədər ki, erməni silahlıları Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət zonasında qalıb və Qazaxın yeddi kəndi boşalmayıb Ermənistana ciddi təzyiqlər labüddür. Dövlət sərhədlərinin SSRİ dövründəki xəritəsi həm Bakıda, həm İrəvanda və Moskvada var. Daha dəqiqləşmə üçün Moskvada saxlanılan xəritələrdən istifadə edilə bilər. Amma, Ermənistan buna getməyəcəyi şübhəsizdir. Bir müddən bundan əvvəl Ermənistan tərəfindən Zəngilan istiqamətindən Azərbaycan hərbiçilərinə atəşin açılması və yeni planların qurulması Azərbyacnın hərəkətə keçməsi ilə nəticələndi.  Sərhədlərin delimatasiya məsələsində Moskva reallığı bildiyi üçün Azərbaycana təzyiq edə bilmir. Rusiya da Azərbaycanla əlaqələri pozmayacaq".