Avstriyanın İsraildəki səfirliyinə raket atıldı

Avstriyanın Təl-Əvivdəki səfirliyinin binasına raket atılıb.

Axar.az xəbər verir ki, bu barədə Avstriyanın İsraildəki səfiri Hanna Liko Tvitter səhifəsində yazıb.
“Avstriya səfirliyinin Ramat-Qandakı binasının yaxınlığında bir az əvvəl raket partladı. Xoşbəxtlikdən hamımız təhlükəsizlikdəyik. Bunu təcili olaraq dayandırmaq lazımdır”, - səfir bildirib.

Qeyd edək ki, bir müddət əvvəl Qəzza zolağında baş verənlərlə əlaqədar Təl-Əvivlə həmrəylik əlaməti olaraq Avstriya Kanslerinin Ofisi yerləşən binada və Avstriya Xarici İşlər Nazirliyinin binasında İsrail bayraqları qaldırılmışdı.